...

Azərbaycan "Asiyanın təmiz energetikası: regional siyasət və maliyyə qərarları" Forumunda iştirak edəcək

Energetika Materials 27 Aprel 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 26-28 iyun tarixlərində Asiya İnkişaf Bankının (AİB) Maniladakı baş ofisində "Asiyanın təmiz energetikası: regional siyasət və maliyyə qərarları" forumu təşkil olunacaq. Bu barədə cümə günü AİB-in Bakı nümayəndəliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir. Nümayəndə heyətinin tərkibinə iqtisadi inkişaf, sənaye və energetika nazirliklərinin nümayəndələri daxil olacaq.

Tədbirin təşkilatçıları qismində isə Asiya İnkişaf Bankı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Asian and Pacific Economic Cooperation çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti