...

Nazir: Ukrayna Xəzərsahili qaz kəməri layhəsinin iştirakçısı olmağı planlaşdırır

Energetika Materials 16 May 2007 18:08 (UTC +04:00)
Nazir: Ukrayna Xəzərsahili qaz kəməri layhəsinin iştirakçısı olmağı planlaşdırır

Ukrayna, Kiev/ Trend müxbir Z.Novosvitski/ Ukrayna Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistan arasında imzalanmış Xəzərsahili qaz kəməri razılaşmasının iştirakçısı olmağı planlaşdırır. Bu barədə çərşənbə günü brifinqdə Ukrayna yanacaq və energetika naziri Yuri Boyko məlumat verib.

O bildirib ki, Ukraynanın iştirakı ancaq ölkədəki siyasi böhran başa çatdıqdan sonra mümkün ola bilər.

Nazirin sözlərinə görə bu ölkələr arasında nə razılaşma imzalansa da, qaz və neft Avropaya Ukraynadan keçəcək.

Rusiya, Qazaxıstan və Türkmənistan may ayında Xəzərsahili qaz kəmərinin çəkilməsi barədə birgə bəyannamə imzalayıb. Kəmərin tikintisi 2008-ci ildə başlayacaq. Sənədə uyğun olaraq 2007-ci il sentyabrın 1-də üç iştirakçı ölkə əməkdaşlıq barədə müvafiq razılaşma hazırlayaraq imzalayacaq.

Kəmər Türkmənistan ərazisi ilə 360 km, Qazaxıstan ərazisi ilə isə 150 km. dəniz sahili ilə uzanaraq hələ 1967-ci ildən istifadəyə verilmiş Rusiya-Qazaxıstan sərhədində Aleksandrov Qay məntəqəsində olan "Orta Asiya - Mərkəz" qaz kəmərinə birləşəcək.

Tərəflər fəaliyyətdə olan kəmərin də yenidən qurulması haqqında razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti