...

Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF

Maliyyə Materials 15 Aprel 2021 09:53 (UTC +04:00)
Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

DSMF-dən Trend-ə verilən məlumata görə, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti