...

Azərbaycan banklarının ümumi kapitalı artıb

Maliyyə Materials 18 Fevral 2022 14:06 (UTC +04:00)
Azərbaycan banklarının ümumi kapitalı artıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin sonunda Azərbaycan banklarının ümumi kapitalı 2020-ci illə müqayisədə 20 faizdən çox artaraq 18,5 milyard manata çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bankların depozit portfeli isə doqquz faiz artaraq 30 milyon manata çatıb.

"Azərbaycan bankları ötən il müxtəlif sahələrə öz vəsaitlərinin 25 faizini investisiya qoyub. Bundan başqa, ölkədə kredit faizlərinin azaldılması üzrə proqram reallaşdırılır. Bu gün Azərbaycan bankları mənfəət cəlb etməkdən daha çox öz vəsaitlərinin dövriyyəsinin artmasında maraqlıdır. Banklarda həmçinin informasiya texnologiyaları da inkişaf edir ki, bu da əməliyyatların keçirilməsi zamanı riskləri azaltmağa imkan verəcək", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti