...

Depozitlərin açılması üçün xarici banklara müraciət etməyə ehtiyac görmürük - Zakir Nuriyev

Maliyyə Materials 5 May 2023 11:43 (UTC +04:00)
Depozitlərin açılması üçün xarici banklara müraciət etməyə ehtiyac görmürük - Zakir Nuriyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın maliyyə sektoru yüksək sürətlə inkişaf etməkdədir.

Trend cümə günü xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

O bank sektorunun həm əhali, həm də biznes üçün vacib rol oynadığını qeyd edib.

"Bu gün ölkəmizin hər bir vətəndaşı ölkədəki bankların və qeyri-bank təşkilatlarının maliyyə vasitələrindən yararlana bilər. İstər pul vəsaiti üçün, istərsə də depozitlərin açılması üçün xarici banklara müraciət etməyə ehtiyac görmürük. Bu gün banklarımız regionda ən dayanıqlı banklardan biridir", - Z.Nuriyev deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti