...

Azərbaycanda bank filiallarının açılması prosesinin sadələşdiriləcəyi gözlənilir

Maliyyə Materials 13 İyun 2023 19:25 (UTC +04:00)
Azərbaycanda bank filiallarının açılması prosesinin sadələşdiriləcəyi gözlənilir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank filiallarının açılması prosesinin sadələşdiriləcəyi gözlənilir.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, qanunvericiliyə dəyişiklik edilməsi ilə əlaqədar işlər görülür.

"Beləliklə, Azərbaycanın maliyyə sektorunda bank filialları və şöbələrinin açılması prosesini, attestasiyanın ləğvini və əhalinin borc yükünün müəyyən edilməsi məqsədilə illik dövriyyəsi 100 manatdan çox olan ticarət və qeyri-ticarət təşkilatlarının məlumatlarının kredit bürosuna ötürülməsini sadələşdirəcək və sürətləndirəcək qərarların qəbulunu gözləyirik ki, bunlar da əhaliyə kredit ayrılması prosesini daha da sürətləndirəcək", - o deyib.

Z.Nuriyevin fikrincə, Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin genişləndirilməsi bankların işini yüngülləşdirəcək.

"Bütün tədbirlər bankların çevikliyinin artırılmasına yönəldiləcək. Bundan başqa, ölkədə turizm inkişaf etdikcə valyuta mübadiləsi prosesləri daha çevik olacaq" - deyə o qeyd edib.

Yeni qaydalar valyuta mübadiləsi məntəqələrinin qeyri iş günlərində və ya bankların fəaliyyət göstərmədiyi rayonlarda daha çevik işləməsinə imkan verəcək. Bu, turizmin inkişafı üçün vacibdir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti