...

Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında sənəd imzalanıb (FOTO)

Maliyyə Materials 14 İyun 2023 13:22 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında sənəd imzalanıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlıq sazişi imzalanıb.

Trend çərşənbə günü xəbər verir ki, sənədi ABA-nın icraçı direktoru Yunus Abdulov və IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte imzalayıb.

Sənəd ekoloji, sosial və korporativ idarəetmə, həmçinin Azərbaycanda maliyyə dayanıqlılığının təmin olunması sahəsində əməkdaşlığı əhatə edir.

Qeyd edək ki, iyunun 13-də həmçinin Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyənin İştirakçı Banklar Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində tərəflər birgə tədbirlərin təşkilinə, həmçinin maliyyə sektorunun inkişafına yönəliblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti