...

Azad olunmuş ərazilərdə yenidənqurmada yanacaq enerjisindən tədricən imtina etmək lazımdır - İnstitut direktoru

Yaşıl iqtisadiyyat Materials 22 Fevral 2024 12:52 (UTC +04:00)
Azad olunmuş ərazilərdə yenidənqurmada yanacaq enerjisindən tədricən imtina etmək lazımdır - İnstitut direktoru
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son 200 il ərzində, yəni iqlim parametrlərinin ölçülməyə başlaması, sənayeləşmə dövründən indiyə qədər qlobal orta temperaturun dəyişməsi baş verir.

Bunu Trend-ə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru İslam Mustafayev deyib.

O bildirib ki, indiyədək orta iqlim temperaturu təxminən 1-2 dərəcəyə qədər artıb.

"Bu da nəticədə insanlar üçün çox əlverişsiz şərait yaradır. İqlim dəyişmələri quraqlıq, tufanlar, sellər, daşqınlar, torpaq sürüşmələri və digər fövqəladə hallar yaradır. İnsanlar özləri üçün ərzaq yetişdirməkdə, səhiyyədə problemlərlə qarşılaşır. Bundan sonra iqlim dəyişikliklərinin yumşaldılması üçün tədbirlər görülməsə, əsrin sonuna qədər 4 dərəcəyə qədər və daha çox temperaturun artması müşahidə oluna bilər.

Bu, artıq planetimizdə həyat üçün şəraitin kəskin dərəcədə aşağı düşməsi, su resurslarının qıtlığı kimi fəsadlara yol aça bilər. Ölçmələr göstərir ki, iqlim dəyişmələrində temperaturla karbon dioksidin emissiyasında korrelyasiya var. Yəni karbon dioksid və yaxud metan qazının emissiyaları çox olduqda temperatur artımı da çox olur. Bunun da əsas hissəsi energetika obyektlərindən atılır. Çünki üzvi yanacaq yandırılanda atmosferdən oksigen götürülür və əvəzində karbon dioksid buraxılır. İldə 50 milyard tondan çox karbon dioksid buraxılır. Buna görə də 90-cı illərdə iqlim dəyişmələri üzrə konvensiya, 2016-ci ildə Paris anlaşması imzalanıb.

Bu barədə 2019-cu ildə imzalanmış Dünya İqtisadi Forumu, ''Avropa Yaşıl sövdələşməsi'' müqaviləsi var. Ölkə olaraq biz də hamısına daxil olmuşuq, bu məsələlər də həll olunmalıdır. Həll olunması üçün 0 emissiyalara getmək, karbon dioksid emissiyalarını azaltmaq lazımdır. Bu məsələ uğrunda mübarizədə ilk yada düşən energetika obyektleridir.

Enerji sahəsində islahatlar etmək, yanacaqların yandırılmasından imtina etmək, günəş, külək, nüvə energetikasından istifadə etmək lazımdır ki, bunlar az karbonlu texnologiyalardır. Az karbonlu texnologiyalarla ona nail olunacaq ki, karbon dioksid qazı azalacaq və bununla da iqlim dəyişmələri, temperaturun artım sürəti aşağı düşəcək. Bu sahədə böyük işlər görülür".

O qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-a ciddi hazırlıqlar gedir:

"Dünya ölkələrindən ölkəmizə axın olacaq. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı var. Burada ilkin olaraq məskunlaşmaq üçün enerji mənbələri olmalıdır. Azad edilmiş ərazilərdə bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb. Hazırda həmin ərazilərdə yenidənqurma işləri aparılır.

Yenidənqurmada yanacaq enerjisindən, istilik-elektrik enerjisindən tədricən imtina etmək lazımdır. Artıq bu istiqamətdə işlər görülür. Buna misal olaraq Cəbrayılda tikilməkdə olan 240 meqavatlıq günəş elektrik stansiyasını göstərmək olar. Bu da sonda "yaşıl energetika"nın, qtisadiyyatın inkişafına gətirəcək. Meşələrin salınması da buna aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti