...

2008-ci ildə Azərbaycanda yerli telefon danışıqlarına limitlər tətbiq edilməyəcək -nazir

Telekommunikasiya Materials 16 Yanvar 2008 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir S.Babayeva/ 2008-ci ildə Azərbaycanda yerli telefon danışıqlarına limitlər tətbiq edilməyəcək. Çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Limitlər bütün dünyada təcrübədən keçirilir. Biz də bu məsələ ilə bağlı təkliflərimizi hazırlamışıq. Telefon şəbəkəsindən səmərəli istifadə bizim əsas məqsədimizdir" -nazir bildirib.

O, hazırda limitlərin tətbiqinə baxılmadığını bildirib. "Limitləri yalnız əhalinin imkansız təbəqəsinin maraqlarını nəzərə almaqla tətbiq etmək mümkündür" -Abbasov bildirib.

Telefon danışıqları üzrə abunə haqlarına toxunan nazir bu il abunə qiymətinin artmayacağı, əksinə, İnternet tariflərinin endirilməsi üçün vacib addımların atılacağını bildirib.

Ötən il Rabitə Nazirliyi şəhərdaxili zənglərə limit qoyulması haqqında təkliflə çıxış edib. Lakin Tarif Şurası limitlərin tətbiqini vaxtsız hesab edib.

Bunun əvəzinə, 2007-ci il mayın 1-dən Azərbaycanda telefon danışıqlarının, Tarif Şurası tərəfindən mayın 17-də elan edilən, yeni tarifləri qüvvəyə minib. Bu qərara əsasən, ölkə ərazisində telefon danışıqlarının aylıq abunə haqqı 0,7 manatdan 2 manatadək artırılıb. Rabitə Nazirliyi isə, hər stasionar telefonun maya dəyərini 3 manat qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti