...

Azərbaycanda ilk İnternet- ödənişlər sistemi təqdim edilib

Telekommunikasiya Materials 2 Dekabr 2008 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda ilk İnternet- ödənişlər sistemi - GoldenPay təqdim edilib.

"Şirkət və təşkilatlar yeni sistem vasitəsilə öz xidmət və məhsullarını satışa çıxara biləcəklər", - Silverkey-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri, layihənin başçısı Fərid İsmayılzadə bildirib.

Sistem Visa və MasterCard şirkətlərinin xüsusi lisenziyasını alıb və VeriSign SSL sertifikatlarından istifadə edir. İsmayılzadənin sözlərinə görə, İnternet istifadəçiləri GoldenPay vasitəsilə mal və xidmətlərin alınmasını həyata keçirə, kommunal xərcləri ödəyə və aviabiletləri ehtiyatda saxlaya və ala biləcəklər.

Sistemdən Visa, MasterCard, Visa Electron və Maestro beynəlxalq ödəniş sistemlərinin plastik kartlarının istifadəçiləri yararlana bilərlər.

Bu gün GoldenPay sisteminin xidmətlərindən yalnız UniBank və Azerdemiryolbank-ın müştəriləri istifadə edə bilər; yalnız bu bankların xüsusi Visa və MasterCard lisenziyası var.

İsmayılzadənin sözlərinə görə, perspektivli planlara qoşulma prosesinin sadələşdirilməsi, GoldenPay Certified Partner program tərəfdaş şəbəkəsinin və vahid portalın yaradılması, digər prosessinq mərkəzinə qoşulma (hazırda sistem MilliKart prosessinq mərkəzindən istifadə edir) daxildir.

Proqnozlara görə, 2011- ci ilədək ölkədə E -Ticarət 300 mln. dolları ötə bilər, - İsmayılzadə əvvəllər bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti