...

Azərbaycanın Rabitə Nazirliyi İctimai Televiziyanın yayım keyfiyyətini yaxşılaşdırır

Telekommunikasiya Materials 17 Sentyabr 2009 11:57 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Astara ərazisində (Azərbaycanın cənub regionu) və yaşayış məntəqələrinə yaxın ərazilərdə İctimai Televiziyanın yayımının yaxşılaşdırılması məqsədi ilə 44 telekanallıq 3 kVt gücündə translyator istismara verib. Bu barədə Trend Capital-a RİTN-dən məlumat verilib.
Azərbaycanın Rabitə Nazirliyi İctimai Televiziyanın yayım keyfiyyətini yaxşılaşdırır

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir H.Vəliyev /

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Astara ərazisində (Azərbaycanın cənub regionu) və yaşayış məntəqələrinə yaxın ərazilərdə İctimai Televiziyanın yayımının yaxşılaşdırılması məqsədi ilə 44 telekanallıq 3 kVt gücündə translyator istismara verib. Bu barədə Trend -a RİTN-dən məlumat verilib. 

Nazirliyin məlumatına görə, paytaxt ərazisində də yayımın yaxşılaşdırılması üzrə işlər aparılır. "Teleradio" İB tərəfindən 48 telekanallıq 1,2 kVt gücündə olan DVB-T rəqəmli translyator istismara verilib. Rəqəmsal televiziyanın yayımı MPEG-4 standartında həyata keçirilir.

Translyatorun gücü paytaxt ərazisini və Abşeron yarımadasını əhatə etməyə imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti