PremiumHP Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsində iştiraka hazırdır

Telekommunikasiya Materials 9 Aprel 2010 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

"Hewlett-Packard" şirkəti Azərbaycanda regional innovasiya zonasının (texnopark) yaradılması layihəsində iştiraka hazırdır. Bunu Azərbaycanda HP personal sistemlər qrupu bazarının inkişafı üzrə meneceri Rasim Baxşi deyib.

Onun sözlərinə görə, hər şeydən əvvəl layihə biznes-kritik sistemlərində (Business Critical Systems - BCS), DATA-mərkəzin olmasını nəzərdə tutur ki, bu da texnoloji parkın özəyi sayılır.

HP şirkətinin BCS bölmələri biznes-kritik əlavələr üçün zəruri olan server həlləri (HP Integrity, Integrity NonStop və bleyd-serverlər) təqdim edir.

"HP şirkəti biznes-kritik sistemlərin və DATA-mərkəzin qurulmasında böyük təcrübəyə malikdir. Biz bu sahədə Azərbaycan bazarında çoxlu sifarişçilər ilə işləyirik və tərəfimizdən DATA-mərkəzin qurulması layihəsi həyata keçirilib. Bizdə qabaqcıl təcrübənin olmasını nəzərə alaraq, malik olduğumuz zəruri avadanlığı ekspertizaya təqdim edə bilərik", - Baxşi deyib.

Respublikada regional innovasiya zonasının (RİZ) yaradılması İT sənayesinin inkişafı istiqamətində prioritet kimi müəyyən olunub. Bundan əvvəl rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin məlumatına görə, Milli Məclis tərəfindən qəbul olunmuş xüsusi iqtisadi zonalar haqqında qanun respublikada texnoparkın yaradılması üçün istinad nöqtəsi olacaq. Qanun qüvvəyə mindikdən sonra, texnoparkın fəaliyyətinin hüquqi tənzimlənməsi istiqamətində addımlar atılacaq, həmçinin, layihənin reallaşması üçün hüquqi əsaslar yaradılacaq.

Hazırda nazirliyin Azərbaycan RİZ-in yaradılması üzrə təkliflərinə hökumət tərəfindən baxılır. Təkliflər Booz-Allen-Hamilton beynəlxalq konsaltinq şirkəti tərəfindən hazırlanıb.

Əhəmiyyət daşıyan məsələlərdən biri vergi, sosial və gömrük rüsumlarının azaldılması, bəzi hallarda sıfıra endirilməsidir. Bu məsələlərin müsbət həlli Azərbaycanda məhsul idxalı üçün məqbul şərait, həmçinin, ölkə ərazisində xarici investorların istehsalat xəttinin təşkili üçün əlverişli mühit yaradacaq.

Nazirliyin proqnozlarına görə, layihə uğurla reallaşarsa, RİZ üzrə layihələrdən gəlir artımı 2020-ci ilədək 12 milyard dollara çatacaq.

Azərbaycanda regional innovasiya zonası layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların yaradılmasını, elektron avadanlığı istehsalı və ixracı üzrə regional bazanın və proqram təminatının yaradılmasını, ölkənin səmərəli tranzit informasiya mərkəzinə çevrilməsini, formalaşmaqda olan informasiya üçün insan resurslarının inkişafını, müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti