...

Azərbaycan-Avropa velosiped yürüşü başlayıb (FOTO)

Telekommunikasiya Materials 30 Avqust 2010 19:53 (UTC +04:00)
Bu gün Bakıda "Azərbaycan-Avropa Velosiped Yürüşü" start götürüb. 2010-cu il "Ekologiya ili" çərçivəsində baş tutan bu aksiya ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək məqsədi ilə təşkil olunub.
Azərbaycan-Avropa velosiped yürüşü başlayıb (FOTO)

Аzərbaycan, Bakı, 30 avqust /Trend/

Bu gün Bakıda "Azərbaycan-Avropa Velosiped Yürüşü" start götürüb. 2010-cu il "Ekologiya ili" çərçivəsində baş tutan bu aksiya ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək məqsədi ilə təşkil olunub.

Bu maraqlı tədbirin təşkilində əsas məqsəd ətraf mühitin təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliği, həmçinin velosiped idmanının Azərbaycanda dəstəkləndiyini nümayiş etdirməkdən ibarətdir.

"Azərbaycan Velosiped Həftəsi" çərçivəsində baş tutan bu aksiyaya 14 ölkədən 32 iştirakçı qatılır. 11 yerli idmançımızın iştirak etdiyi yürüş Bakıdan start götürməklə Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay rayonlarından, Mingəçevir şəhərindən keçərək sentyabrın 6-da Gəncədə başa çatacaq.

Yürüş iştirakçıları aksiya boyunca ölkəmizin gözəl təbiətini seyr edəcək, adıçəkilən yaşayış məntəqələri ilə tanış olacaq, həmin yerlərdə təşkil olunan ekoloji mövzularda müzakirələrə qatılacaqlar.

Bu önəmli aksiya Azərbaycanın bir sıra dövlət orqanları - Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutur.

Yürüşün sponsoru qismində "Azercell Telekom" MMC çıxış edir.

Xəbər lenti

Xəbər lenti