Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H.Vəliyev/
Yanvar-apreldə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 556 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DRİ-dən bildirilib.
Məlumata görə, ötən dövr ərzində DRİ tərəfindən 263 müəssisə və təşkilata texniki baxış keçirilib.
Aşkar olunan qeydiyyatdan keçməmiş radioelektron vasitələrin ümumi sayından 191 ədədi möhürlənib, qalan 148 vasitə üzrə qeydiyyat prosesi həyata keçirilir.
Radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən 50 protokol tərtib edilib və müvafiq tədbirlər görülüb.