...

Azərbaycanın rabitə operatoru Ağdam rayonunda xidmətin keyfiyyəyini artırır

Telekommunikasiya Materials 29 Sentyabr 2011 11:52 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Ağdam Telekommunikasiya Qovşağında (TKQ) göstərilən rabitə və multimedia xidmətlərinin keyfiyyətini artırır.
Azərbaycanın rabitə operatoru Ağdam rayonunda xidmətin keyfiyyəyini artırır

Azərbaycan, Bakı, 29 sentyabr/ Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Ağdam Telekommunikasiya Qovşağında (TKQ) göstərilən rabitə və multimedia xidmətlərinin keyfiyyətini artırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, bu məqsədlə internet və digər multimedia xidmətlərindən yetərincə istifadə etməsi üçün yeddi kəndin ərazisindən keçən optik-lif naqilin çəkilməsi üzrə işlər tamamlanıb. Naqilin ümumi uzunluğu 13,5 kilometrdir.

Bununla yanaşı, operator Ağdam TKQ-nın telefon şəbəkəsinin nömrə tutumu artırılıb. Hazırda Ağdam rayonunun 9 kəndinin telefonlaşdırılması üzrə genişmiqyaslı işlər aparılır.

Xəbər lenti

Xəbər lenti