...

EPEG optik magistralının Azərbaycan seqmentinin tikintisi tamamlanıb

Telekommunikasiya Materials 10 Aprel 2012 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir H. Vəliyev/

Europe Persia Express Gateway (EPEG) layihəsinin Azərbaycan seqmentinin tikintisi üzrə işlər başa çatıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Delta Telecom" şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirib.

"Yaxın iki ayda fiber-optik kabel magistralının Azərbaycan seqmentinin test buraxılışının həyata keçirilməsi gözlənilir", - Ələkbərli deyib.

Layihə çərçivəsində şəbəkə infrastrukturunun, beynəlxalq birləşmələr infrastrukturunun instalyasiyası üzrə işlər həyata keçirilib, tranzit həcmi üçün şəbəkələrin birləşdirilməsi təmin edilib.

Kabel magistralının Azərbaycan seqmentinin tikintisi üçün telekommunikasiya avadanlıqlarının tədarükçüsü qismində "Alcatel-Lucent" şirkəti çıxış edir.

Xəbər lenti

Xəbər lenti