Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir H.Vəliyev/
17 ölkənin 11 mobil rabitə operatoru Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət göstərən "Qarabağ Telekom" şirkəti ilə rouminq sazişini dayandırıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, 2012-ci ildə ölkənin Xarici İşlər Nazirliyi göstərilən faktla bağlı 17 ölkənin 19 operatoruna müraciət ünvanlayıb. Bu istiqamətdə işlər davam edir.
Bundan əvvəl Azərbaycan tərəfinin müraciəti əsasında GSM Operatorları Assosiasiyası "Qarabağ Telekom"u öz üzvləri sırasından çıxarıb. Lakin buna baxmayaraq, "Qarabağ Telekom" həm beynəlxalq qanunları, həm də Azərbaycanın qanunlarını pozmaqda davam edir.