...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna rəhbər təyin edilib

Telekommunikasiya Materials 22 Aprel 2013 17:07 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru təyin edilib.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna rəhbər təyin edilib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru təyin edilib.

Zeynalovun bazar ertəsi Trend-ə bildirdiyinə görə, hazırda Dövlət Fondunun fəaliyyəti çərçivəsində hüquqi və təşkilati məsələlərin həlli üzrə işlər aparılır.

Söhbət Dövlət Fondunun nizamnaməsində göstərilən hüquqi sənədlərin hazırlanması, həmçinin Fondun kadrlarının formalaşdırılması haqqında gedir. İşlər başa çatdırıldıqdan sonra Fond İT layihələrini maliyyələşdirməyə başlayacaq və qrant müsabiqələri keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti