...

İKT İnkişafı Dövlət Fondu İT layihələrinin maliyyələşdirilməsində banklara köməklik göstərməyə hazırdır

Telekommunikasiya Materials 20 Sentyabr 2013 17:53 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbərliyi ölkənin 18 aparıcı bankının nümayəndələri ilə görüş keçirib.
İKT İnkişafı Dövlət Fondu İT layihələrinin maliyyələşdirilməsində banklara köməklik göstərməyə hazırdır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbərliyi ölkənin 18 aparıcı bankının nümayəndələri ilə görüş keçirib. Bu barədə nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini və fondun Müşahidə Şurasının sədri Elmir Vəlizadə çıxış edərək fondun əsas məqsədləri və fəaliyyət istiqamətləri haqda bank nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq ölkənin İKT sektorunun 4 dəfəyədək artacağı gözlənilir və bu məqsədə nail omaq üçün münbit şərait yaradılıb.

"İKT sektorunun inkişafına nail olmaq və biliyə əsaslanan iqtisadiyyatın formalaşdırılması məqsədilə ölkədə texnoparklar, İKT sahəsinin inkişafının dəstəklənməsi üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb, eləcə də sahə üzrə kadrların yetişdirilməsini təmin etmək məqsədilə İnformasiya Texnologiyaları Universiteti fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz bu sahəni inkişaf etdirərək, yerli mütəxəssis və sahibkarları stimullaşdırmaq, İKT layihələrini maliyyələşdirmək və yerli İT məhsullarını beynəlxalq bazara çıxarılacaq səviyyəyə çatdırmaqdır. Banklar da bizi bu məqsədlərə çatmaqda dəstəkləməlidirlər. Bankların aşağı faiz dərəcələri ilə kredit verməsi, gələcəyə investisiya qoyuluşu kimi qiymətləndirilməlidir", - deyə o bildirib.

Öz növbəsində fondun rəhbəri Elçin Zeynalov qeyd edib ki, fond xarici investisiyalara zamin rolunda çıxış edə bilər.

"Biz bank işçiləri üçün gələcəkdə treninqlər təşkil etməyə hazırıq ki, onlar layihə seçimində səriştəli olsunlar və diqqətə layiq layihələri seçə bilsinlər. Fond maliyyə sektorunun bu sahəyə marağını artırmaqda maraqlıdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti