Azərbaycan, Bakı, 20 dekabr / Trend/
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan futbolunun parlaq gələcəyinə olan güclü inamını nümayiş etdirən "Təsəvvür et" adlı reklam çarxını təqdim edir. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və "Mançester Yunayted" futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.
Reklam çarxının əsas qəhrəmanı Tamerlan Rizvanovdur. Tamerlan "Bakcell"in "Mançester Yunayted" və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi "Mançester Yunayted" Yay Futbol Məktəbinin qalibi, eləcə də Mançester şəhərində keçirilən "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar finalçısıdır.
Tamerlanla yanaşı reklam çarxında "Mançester Yunayted" Yay Futbol Məktəbinin digər qabilbləri - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov və Xəyal Əliyevin də "Mançester Yunayted"in ulduz futbolçuları Fellaini, Nani, Çiçarito və Eşli Yanq ilə əfsanəvi "Old Trafford" stadionunda keçirdikləri birgə təlim-məşq toplanışlarından görüntüləri var.
Reklam çarxının rejissoru Mona El Mansuridir. Yaradıcı ideya isə "McCann Bakı" şirkətinə məxsusdur. Çəkilişlər Azərbaycanda və Böyük Britaniyada baş tutub.
Daha öncə "Bakcell"in Mona El Mansuori tərəfindən çəkilən "Ulduzlar liqasını qarşılayın" adlı çarxı "İlin ən yaxşı reklam çarxı" seçilib.
"Təsəvvüt et" dekabr ayının 18-dən etibarən milli telekanallarda yayımlanır.
Çarxı izləmək üçün linkə daxil olun: https://www.facebook.com/Bakcell/posts/673851785993286
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.