...

Azərbaycanda daha bir bank lisenziyalı proqram təminatından istifadə edəcək

Telekommunikasiya Materials 30 May 2014 15:35 (UTC +04:00)
"VTB Bank Azərbaycan" ASC "Oracle" proqram təminatı üzrə lisenziyaların satın alınması ilə bağlı təkliflər sorğusu keçirib.
Azərbaycanda daha bir bank lisenziyalı proqram təminatından istifadə edəcək

Azərbaycan, Bakı, 30 may /Trend/

"VTB Bank Azərbaycan" ASC "Oracle" proqram təminatı üzrə lisenziyaların satın alınması ilə bağlı təkliflər sorğusu keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, sorğuda Azərbaycanın 10-a yaxın aparıcı İT-şirkəti iştirak edib. SİNAM MMC keçirilmiş sorğunun qalibi elan edilib.

SINAM şirkəti respublikada "Oracle" həllərinin tətbiqi üzrə ən qabaqcıl sistem inteqratorlarındandır və hazırda "Oracle" şirkəti ilə "Platinium Partner" partnyorluq statusuna malikdir. İndiyədək şirkət "Oracle" həllərini Azərbaycan Mərkəzi Bankında, Maliyyə Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Gömrük Komitəsində, Qırğızıstanın Dövlət Vergi Xidmətində və digər dövlət orqanlarında və özəl təşkilatlarda uğurla tətbiq edib.

Hazırda SİNAM MMC ilə "VTB Bank Azərbaycan" ASC arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır. VTB Azərbaycan müqaviləyə əsasən "Oracle" verilənlər bazası və "Oracle Business Intelligence" proqram təminatları üzrə lisenziya almağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti