...

Microsoft-dan qeyri-kommersiya təşkilatlarına 1 milyard dollarlıq proqram təminatı ianə

Telekommunikasiya Materials 21 Yanvar 2016 15:37 (UTC +04:00)
Bu müddət ərzində texniki dəstəkdən 70 min qeyri-kommersiya təşkilatı faydalanacaq.
Microsoft-dan qeyri-kommersiya təşkilatlarına 1 milyard dollarlıq proqram təminatı ianə

Bakı. Trend:

"Microsoft" Korporasiyasının prezidenti Satya Nadella bildirib ki, "Microsoft Philanthropies" xeyriyyə təşkilatı "Microsoft Research" və "Business Development" bölmələrinin dəstəyi ilə növbəti üç il ərzində bütün dünya üzrə qeyri-kommersiya strukturları və tədqiqat universitetlərinə 1 mlrd. ABŞ dolları məbləğində bulud xidmətlərini ianə verəcək. Bu müddət ərzində texniki dəstəkdən 70 min qeyri-kommersiya təşkilatı faydalanacaq.

Yeni təşəbbüsün məqsədi - bundan öncə "Microsoft" Korporasiyası tərəfindən elan olunmuş qlobal hədəfin həyata keçirilməsidir: geniş miqyasda qlobal iqtisadi və sosial problemlərin həlli üçün bulud hesablamalarının əlçatan olması. Korporasiya qeyri-kommersiya təşkilatlarını əlavə bulud resursları ilə təchiz etməyə və universitet tədqiqat qruplarının texnologiyalara çıxışını genişləndirməyə çalışır. Bu məqsəd aşağıda qeyd olunanların köməyi ilə həyata keçiriləcək:

- Qeyri-kommersiya təşkilatları üçün "Azure", "Office 365", "Power BI", "CRM Online" və "Enterprise Mobility Suite" daxil olmaqla bulud xidmətləri;

- Əlavə universitet elmi-tədqiqat işlərini dəstəkləmək üçün "Microsoft Research" qrant proqramı olan "Azure for Research"ı genişləndirmək;

- "Microsoft Business Development" və "Microsoft Philanthropies" birgə proqramı olan "Affordable Access Initiative"ın iştirakçılarının sayını ən azından dünyanın 15 ölkəsində 2017-ci ilin ortalarınadək 20 layihəyə çatdırmaq.

Ötən ilin sonunda yaradılmış "Microsoft Philanthropies" xeyriyyə təşkilatının məqsədi hazırda mövcud olan qeyri-kommersiya strukturlarına ianə və kompüter təhsilinə maliyyə yardımını daxil edən mesenat proqramını genişləndirməkdir.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti