...

PAŞA Bank ötən il İT və kibertəhlükəsizlik sahəsində mühüm uğurlar əldə edib

Telekommunikasiya Materials 29 May 2024 16:29 (UTC +04:00)
PAŞA Bank ötən il İT və kibertəhlükəsizlik sahəsində mühüm uğurlar əldə edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Bank ötən il İT və kibertəhlükəsizlik sahəsində mühüm uğurlar əldə edib.

Trend xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Strateji dövr ərzində informasiya texnologiyaları, məlumat və kibertəhlükəsizlik sahələrində mühüm irəliləyişlər əldə olunub. Əsas nailiyyətlərdən biri SIMA rəqəmsal platforması ilə inteqrasiyanın tətbiqi oldu ki, bu da səmərəliliyi və təhlükəsizliyi artırmağa imkan verdi. Müştərilərin mobil tətbiqlərinin monitorinqi üçün "Sentry" sistemindən uğurla istifadə olunub ki, bu da potensial təhdidlərin vaxtında aşkarlanmasını və aradan qaldırılmasını təmin edib", - o deyib.

C.Quliyevin sözlərinə görə, İSO 20022 standartı üzrə ödəniş tapşırıqlarının standartlaşdırılması tətbiq olunub ki, bu da maliyyə tranzaksiyalarının işlənilməsinin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

"Bundan başqa, özəl bank sektorunun müştərilərinə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün CRM sistemi uğurla inteqrasiya olunub. 2021-ci ildə başladılan "Kiber-risk" xüsusən diqqətəlayiqdir. Bu layihə çərçivəsində mühüm risklərin vaxtında aşkarlanması və aradan qaldırılması üçün stress testləri keçirilib və bir çox kritik ssenarilər nəzərə alınıb. Bu, informasiya sistemlərinin mühafizəsini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verib. Müştərilərə beynəlxalq ödənişlərinin statusunu operativ izləmək imkanı verən "Swift GPI" sisteminin tətbiqi də eyni dərəcədə mühüm nailiyyət olub. Bu sistem sayəsində beynəlxalq tranzaksiyalar prosesi daha şəffaf və etibarlı olub", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti