Softline şirkəti və Microsoft korporasiyası Bakıda "Microsoft Exchange Sever 2007" bazasında təşkilat əməkdaşlarının səmərəli əməkdaşlığı" mövzusunda seminar keçirəcək. Softline-yə əsaslanaraq Trend məlumat verir ki, görüş 12 dekabrda keçiriləcək.
"Exchange Server 2007" - məlumat mübadiləsi üçün təhlükəsiz və etibarlı korporativ platformadır, elektron poçt və təqvimlə işləmək üçün imkanları genişləndirir, informasiya əldə etmək üçün yeni üsullar təqdim edir, İT-inzibatçılar üçün yüksək nəzarət, habelə təşkilat üçün daha yüksək təhlükəsizlik və sabitliklə təmin edir.
İşçilər kompüterlərdən aralı mobil qurğularda və özlərinin stolüstü kompüterlərində müxtəlif növ kommunikasiyaların, o cümlədən elektron poçt, səsli poçt, faks, təqvim və kontaktların inteqrasiya olunmuş vasitələrindən istifadə etməklə informasiya ilə çox məhsuldar işləyə bilərlər.
İT-şöbələr inzibatçıların işinin səmərəliliyini artıran yeni vasitələr, aparat və şəbəkə ehtiyatlarından istifadəni optimallaşdıran yeni imkanlar hesabına məlumatların mübadiləsi xidmətini daha az itkilərlə və mürəkkəbliklə təklif edə bilərlər.
Exhange Sever 2007 şirkətlərin əldə etmək istədiyi məlumatların mübadiləsinin mühafizəsini təmin edir; sonuncu istifadəçi tərəfindən tələb olunuan istənilən nöqtədən istifadə, habelə İT-inzibatçılar üçün lazım olan məhsuldarlığın artırılması.
Seminarın gedişində növbəti mühazirələr təqdim olunacaq: "Microsoft Excahnge Server 2007 bazasında poçt sisteminin yeni və genişləndirilmiş imkanları", "Mobil qurğuların köməyi ilə Microsoft Excange Server 2007-dən etibarlı və təhlükəsiz istifadə", "Microsoft Excange Server 2007 bazasında sadə sənəd mübadiləsi və təqvim planlaşdırılmasının təşkili", "Microsoft Excange Server 2007-də məxfi informasiyanın mühafizə sistemi".