...

Rabitə naziri: Azərbaycanın İKT sahəsi üzrə yüksəlişi 2006-cı ildə 20% təşkil edib

Telekommunikasiya Materials 31 Yanvar 2007 21:04 (UTC +04:00)

Trend in məlumatına əsasən, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanın İKT sahəsi üzrə yüksəlişi 2006-cı ildə 20% təşkil edib. Bu göstərici orta dünya inkişafı göstəricisi İT tempini üstələyir.

"İT Azərbaycanda energetika sahəsindən sonra ən dinamik inkişaf edən sektordur. Onun inkişafı üçün bütün lazımi şərait yaradılıb. İKT sahəsinin inkişafı üçün ölkədə UNDP-nin böyük rolu var. Onun fəaliyyəti iki əsas istiqəmətə yönəlib: Azərbaycanda Elektron hökuməti seqmentlərinin yaradılması və insan resurslarının inkişafı" - deyə nazir qeyd edib.

AzNet (Rabitə Nazirliyinin, UN DP, Soros Fondu və AzRENA - (Azərbaycan elmi-araşdırmalar və maarifləndirmə şəöəkələri) əməkdaşlığı ilə) layihəsinin rəhbəri Murad Maqsudov UNDP-nin dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahəlrində reallaşdırılan layihələrin qısamüddətli təqdimatını edib.

Təqdimatda Azərbaycan Respublikasının Milli Akademiyasının İnformasiya Texnologiyaları institutunun direktoru Rasim Əliquliyev, Sinam şirkətinin rəhbəri Elçin Əliyev, Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov və b. iştirak edib.

Tədbirə yerli və xarici İKT şirktələri dəvət olunub- Azercell Telecom, Azerfon, Ultel, Alcatel, Huawei, Karel, həmçinin Rabitə Nazirliyinin rəhbərlərindən də iştirak edib.

Seminarın sonunda Əli Abbasov M. Borsottini nazirliyin fəxri diplomu ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti