...

İnformatika üzrə ümumrespublika olimpiadasının keçirilməsi məqsədilə işçi qrup yaradılıb

Telekommunikasiya Materials 30 İyul 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) verilən məlumata görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsi məqsədilə işçi qrup yaradılıb .

Olimpiadanın təşkilatçıları Rabitə Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutudur. RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədovun başçılıq etdiyi işçi qrup həftə ərzində olimpiadanın təşkili üçün zəruri olan tədbirlər planını hazırlamalıdır. Olimpiada RİTN-in Məlumat Hesablama Mərkəzinin (MHM) sərbəst mənfəəti hesabına maliyyələşdiriləcək. İşçi qrupa həmçinin Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun və "Azərbaycan" portalının əməkdaşları daxildir.

Cari ilin noyabrında keçiriləcək olimpiada, 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramına həsr olunmuş tədbirlər planına daxil edilib.

Xəbər lenti

Xəbər lenti