Bakı. Trend:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakının iki qəsəbəsində yeni idman zallarının tikdirilməsi üzrə işlər həyata keçirəcək.
Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, artıq bununla bağlı nazirlik hazırlıqlara başlayıb.
Belə ki, Bülbülə idman zalının lll mərhələ üzrə tikintisinin davam etdirilməsi və Qaraçuxur idman zalının tikintisi üzrə tikinti-quraşdırma işlərinin satın alınması prosesi start götürüb.
Bülbülə idman zalında görüləcək işlər nazirliyə 504.160,71 AZN-ə (504 min 160 manat 71 qəpik), Qaraçuxur idman zalı ilə bağlı işlər isə 470.757,28 AZN-ə (470 min 757 manat 28 qəpik) başa gələcək.
Nazirlik sözügedən işlərin icrasını “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib.
Beləliklə, hər iki idman zalı üzrə ümumilikdə şirkətə 974 min 917 manat 99 qəpik ödəniləcək.