...

"AtaTravel" MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

Turizm Materials 24 Yanvar 2019 10:03 (UTC +04:00)
“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır.
"AtaTravel" MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

Bakı. Trend:

“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar təşkil edir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirir ki, insanın peşəkar fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyük əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən daxili turizmin insanın həyatında oynadığı rolun daha ətraflı araşdırılması məqsədilə “AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsini elan edir. Biz daxili turizm sahəsində təcrübəyə malik olan gəncləri yazı müsabiqəsində iştirak etməyə dəvət edirik.

Müsabiqənin şərtlərinə görə, "AtaTravel" MMC tərəfindən keçirilən “Daxili turizm” mövzusunda müsabiqədə iştirak etmək başlığı ilə işıqlanan məqalənin linkini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti