...

Azərbaycanda ali təhsil müəssisələrinin səlahiyyətləri artırılır

Cəmiyyət Materials 27 Aprel 2012 10:07
Azərbaycandakı ali məktəblərdə tədris olunan fənləri müəyyənləşdirmək həmin təhsil müəssisələrinin özlərinə həvalə olunacaq.
Azərbaycanda ali təhsil müəssisələrinin səlahiyyətləri artırılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı ali məktəblərdə tədris olunan fənləri müəyyənləşdirmək həmin təhsil müəssisələrinin özlərinə həvalə olunacaq. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, indi eyni ixtisas bir neçə ali məktəbdə tədris olunursa, həmin məktəblərin hamısında eyni fənlər keçilir. İxtisaslar üzrə hansı fənlərin keçilməsini isə Təhsil Nazirliyində ixtisaslar üzrə yaradılmış işçi qrupları müəyyən edir.

Nazirlik tərəfindən hazırlanmış yeni standartlarda isə bu səlahiyyət ali məktəblərin özlərinə verilir. Bununla da ali təhsil müəssisəsələrinin sərbəstliyi artacaq. Artıq məktəblər özləri hansı ixtisaslar üzrə hansı fənlərin keçiləcəyini müəyyənləşdirəcəklər. Bunun üçün ixtisas müəllimləri və mütəxəssislərinin fikirləri əsas götürüləcək.

Xəbər lenti

Xəbər lenti