...

Elman Nəsirov: Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın nümunəsidir

Nəzər nöqtəsi Materials 26 Fevral 2018 17:00 (UTC +04:00)
"Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir".
Elman Nəsirov: Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın nümunəsidir

Bakı. Samir Əli - Trend:

"Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir".

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ermənilər bu cür qəddarcasına törətdikləri vəhşiliklərə görə hələ də cəzasız qalıb: "Eyni zamanda, Xocalı faciəsi onu göstərdi ki, XX əsrin sonunda erməni cəlladları dinc azərbaycanlı əhaliyə qarşı planlı, məqsədyönlü şəkildə məhz azərbaycanlı, məhz xocalılı olduqlarına görə bu bəşəri cinayəti həyata keçiriblər. Buna görə də bu soyqırım cinayətidir. Xocalıda öldürülənlər Azərbaycan türkü olduğu üçün hədəf seçilib və qətlə yetiriliblər. Bu soyqırım əvvəlcədən planlaşdırılıb. Ermənilər əvvəlcədən planlarşdırıblar ki, Xocalı 1991-ci ilin noyabr ayından blokadadadır, fevral ayı qış ayıdır. Ermənilər hesablayıblar ki, ovaxtkı hakimiyyətin sosial bazası olmadığından bu faciəni dünya ictimaiyyətinə çatdıra bilməyəcək. Həqiqətən də, ovaxtkı hakimiyyət Xocalı faciəsi nəticəsində 613 nəfər deyil, cəmi 2 nəfərin qətlə yetirildiyini dedi".

E.Nəsirov bildirib ki, bu gün Azərbaycan hakimiyyəti Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı xeyli işlər görüb, soyqırımın tanınması üçün müxtəlif layihələr reallaşdırıb: "Bu faciənin tanınması üçün 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dərhal BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi, Xocalı soyqırımının mahiyyətini açıqladı və bütün dünya birliyini təcavüzkarlara qarşı tədbirlər görməyə çağırdı. 1994-cü ilin fevral ayında Azərbaycan Parlamenti bu faciəyə hüquqi-siyasi qiymətini verdi.

1998-ci ildə ümumilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı fərman imzaladı.

Sonrakı dövrlərdə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə xeyli işlər görüblər. Xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan "Xocalıya ədalət" kampaniyası bütün dünyada böyük əks-səda doğurub, Bu kampaniya nəticəsində dünyanın 10 ölkəsinin parlamenti Xocalı faciəsinə soyqırım kimi qiymət verib, Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı hadisəsini soyqırım kimi tanıyıb".

Millət vəkili bildirib ki, Xocalı soyqırımının təşkilatçıları gec-tez cəzaladırılacaq və beynəlxalq hərbi tribunal qarşısında cavab verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti