...

ABŞ Çexiyada RƏM problemini başqa cür həll etməlidir

Dünya xəbərləri Materials 9 İyul 2008 16:09 (UTC +04:00)
ABŞ Çexiyada RƏM problemini başqa cür həll etməlidir

Azərabycan, Bakı, 09 iyul/ Trend , müxbir A.Qasımova/ Rusiya prezidenti Dmitri Medvedyev ABŞ-ın Çexiyada raket əleyhinə müdafiə sistemləri yerləşdirmək üzrə apardığı danışıqların nəticələrindən razı qalmayıb və hesab edir ki, Avropanın təhlükəsizliyinin təmin edilməsi məsələsi başqa cür həll edilməlidir.

"Bizi bu vəziyyət çox məyus edir. Biz dəfələrlə qeyd etmişik ki, Avropanın təhlükəsizliyinin təmin edilməsi məsələsini başqa cür həll etmək lazımdır. Biz həm ABŞ-la, həm də NATO-ya daxil olan digər dövlətlərlə dünyanın mürəkkəb nöqtələrində yarana biləcək müvafiq problemlərin qarşısını almaq üçün birgə monitorinq keçirməyə hazır idik", - bu gün Yaponiyada "böyük səkkizliy"in sammitinin nəticələri üzrə mətbuat konfransında prezident deyib.

Medvedyevin sözlərinə görə, Rusiyanın bəyanatına reaksiya olmayıb. "Bizimlə heç nə ilə nəticələnməyən cansıxıcı danışıqlar aparıblar və aparmaqdadırlar", - prezident deyib. Medvedyev davam edərək qeyd edib ki, "əksinə, müvafiq razılaşma imzalayırlar. Bu isə o deməkdir ki, fikir həyata keçiriləcək. Bizi bu qane etmir. Biz hay-küy qaldırmaq fikrində deyilik. Lakin cavab addımları haqqında fikirləşəcəyik və eyni zamanda biz tərəfdaşlarımızla danışıqları davam etdirməyə hazırıq".

Xəbər lenti

Xəbər lenti