...

Rusiyalı hərbçilər Gürcüstanı tərk etməyə cəhd göstərmirlər

Dünya xəbərləri Materials 18 Avqust 2008 19:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiyalı hərbçilər hələ ki Gürcüstandakı mövqelərini tərk etmirlər və onların Rusiya liderinin bu yaxınlarda bəyan etdiyi kimi, saat 12.00 - da qoşunların çıxarılmasına başladıqları görünmür. Qoriyə giriş yenidən məhdudlaşdırılıb və İqoeti yaxınlığında yol yenidən bağlanılıb.

Sameqreloda rusiyalı hərbçilər Senaki və Zuqdididə mövqelərini saxlayırlar.

Bütün gecə onlar Senaki bazasında qarət etdiklərini çoxsaylı zirehli texnika və yük maşınları ilə daşıyıblar. Dörd gürcü tankı və zenit qurğular aparılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti