...

ABŞ Konqresinin nümayəndələr palatası Polson planını düzəlişlərlə qəbul edib

Dünya xəbərləri Materials 3 Oktyabr 2008 23:18 (UTC +04:00)
ABŞ Konqresinin nümayəndələr palatası Polson planını düzəlişlərlə qəbul edib

Azərbaycan, Bakı, 3 oktyabr / Trend / ABŞ Konqresinin nümayəndələr palatası cümə günü düzəlişlərlə Polson planının lehinə səs verib. Həmin plana əsasən ABŞ iqtisadiyyatına dəstək məqsədilə büdcədən $700 mlrd vəsaitin ayrılması nəzərdə tutulur.

Nümayəndələr palatası tərəfindən "2008-ci ilin fövqəladə iqtisadi sabitləşməsi haqda Akt" (Emergency Economic Stabilization Act of 2008) adlı qanun layihəsinin təsdiqindən sonra müvafiq sənəd imzalanmaq üçün prezident Buşa göndəriləcək.

ABŞ Senatı sözügedən sənədin işlənmiş versiyasını oktyabrın 1-də qəbul edib. Səsvermə zamanı layihəyə 74 nəfər lehinə, 25 nəfər isə əleyhinə səs veriblər.

Xəbər lenti

Xəbər lenti