...

Gürcüstanın Enerjitənzimləyici komissiyası "Qaztransqaz Tbilisi" şirkətini cərimə edib

Dünya xəbərləri Materials 19 Dekabr 2008 16:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Milli enerjitənzimləyici komissiyası (MEK) "Qaztransqaz Tbilisi" şirkətini 15 000 lari (təqribən 10 min dollar) cərimə edib. Bu barədə MEK-dən bildiriblər.

Buna səbəb şirkətin istehlakçılar üzərinə qanunvericilikdə nəzərdə tutulmayan öhdəliyi - qazlaşdırma zamanı texniki xidmət ödəmələri tələbləri qoymasıdır.

MEK-in şirkəti əvvəlcə cərimələməyi planlaşdırdığı sayğac məsələsinə gəldikdə isə, bu məsələnin nəzərdən keçirilməsi bir neçə aya təxirə salınıb.

"Qaztransqaz Tbilisi" sayğacları şəxsi vəsait hesabına dəyişməkdən imtina edən abunəçilərin qazla təmin edilməsinin bərpası barədə qərar qəbul edib.

Sayğacların xarab olması səbəbindən qazları kəsilən abunəçilərə sabahdan qaz verilməsi bərpa olunacaq", - deyə komissiya sədri Quram Çalaqaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti