...

HƏMAS israilli əsiri qaytarmağa razıdır

Dünya xəbərləri Materials 14 Fevral 2009 12:48 (UTC +04:00)

İsrail qəzeti "Haares"in ərəb kütləvi informasiya vasitələrinə (KİV) istinadən verdiyi məlumata görə,  HƏMAS İsraillə Qəzza sektoru arasında təcili barışıq barədə razılığa əsasən israilli əsir Qilad Şaliti fələstinli məhbuslarla dəyişməyə hazırdır.

Qəzetin yazdığına görə, HƏMAS bir neçə gün ərzində danışıqlara başlayacaq və Şalitin çərşənbə günü azad edilməsi barədə razılığa gələcək.

Ərəb KİV-lərinin verdiyi məlumata əsasən, 2006-cı ildə HƏMAS tərəfindən həbs edilmiş Şalitin azad edilməsi müqabilində İsrail həbsxanalarından arasında qadınların və bir sıra fələstinli hüquqşünas və nazirlərin olduğu min fələstinli dustaq azad ediləcək.

Şalitin geri qaytarılması ilə əlaqədar danışıqlarda Misir vasitəçi qismində çıxış edir. Misir Kəşfiyyatının başçısı Ömər Süleyman cümə günü "Əl-Əhram" qəzetinə verdiyi məlumatda bildirib ki, İsrail Şalit azad edilməmişdən qabaq Qəzza sektoruna tikinti materiallarının gətirilməsinə razı olamayacaq.

Süleymanın sözlərinə görə, İsrailin Qəzza sektorunun Qərb sahilində yaşayan fələstinli məhbusların azad edilməsi şərtini qəbul etmir.

Növbəti həftədə Qahirədə HƏMAS-la barışıq sazişi barədə İsrail və Fələstin tərəfinin görüşü keçiriləcək.

Dörd bənd hələ də həll olunmamış qalıb: bunlar İsrailin "Qassam" raketləri ilə bombalanması; Qəzza və İsrail arasında divarın tikilməsi; HƏMAS tərəfindən barışığa riayət edilməsi və Misir sərhədi; tunellərlə Qəzza sektoruna olan qaçaqmalçılığın dayandırılması.

Lakin İsrail hakimiyyəti HƏMAS-ın Şalitin qaytarılması barədə bəyanatını şərh etməyib.

İsrail nümayəndə heyətinin təmsilçisi Amos Qilad Həmas üzvləri ilə 1.5 illik barışıqla bağlı  danışıqların aparılması üçün Qahirəyə yola düşüb.

Hələ ki, Qəzza sektorunda birtərəfli barışıq hökm sürür, bu da İsrail tərəfindən yanvarın 18-də 1300 fələstinlinin həyatı bahasına başa gələn 22 günlük hərbi əməliyyatlardan sonra imzalanıb.

Xəbər lenti

Xəbər lenti