...

ABŞ Konqresinin "soyqırım"la bağlı emosional qərar verəcəyinə inanmıram -Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 25 Fevral 2009 13:17 (UTC +04:00)
ABŞ Konqresinin "soyqırım"la bağlı emosional qərar verəcəyinə inanmıram -Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin "soyqırımla" bağlı emosional qərar verəcəyinə inanmadığını bildirib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Ərdöğan bildirib ki, ABŞ-da Türkiyənin əhəməyyətini kifayət qədər anlayırlar. "ABŞ-ın Türkiyənin əhəmiyyətini anlamayan bir neçə nəfərin təzyiqlərinə boyun əyəcəyini düşünmürəm", - deyə Ərdoğan əlavə edib.

Ermənistan və dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra ölkələrdə qondarma soyqırım təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar. Aprel ayında "soyqırım"ın ildönümü ilə bağlı olaraq erməni lobbisinin bir sıra dünya ölkələrinin parlamentlərində, xüsusilə də ABŞ konqresində fəaliyyətini gücləndirməsi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti