Əfqanıstanda demokratik institutların qurulmasında böyük uğurlar əldə olunub – Əfqanıstan Prezidenti
Al Jazeera telekanalının verdiyi məlumata əsasən, Əfqanıstan Prezidenti Həmid Kərzayi deyib ki, Əfqanıstanda son illər ərzində demokratik institutların qurulmasında böyük uğurlar əldə olunub.
Onun sözlərinə əsasən, sosial-iqtisadi həyatda pozitiv nəticələrin əldə olunması üçün digər ölkələrlə əməkdaşlıq çox vacibdir.
"Ölkədə ədalətli hökumətin qurulması üçün heç bir imkanı əldən verməyəcəyik", - Kərzayi deyib.
Kərzayinin sözlərinə əsasən, dövlətin ən əsas vəzifəsi korrupsiya ilə mübarizədir.
Əfqanıstanda vəziyyətin sabitləşməsinə həsr edilən və 72 ölkənin iştirak etdiyi konfrans Haaqada keçirilir. Konfransda Əfqanıstanda iqtisadiyyatın və firavan həyatın bərpası yolları müzakirə edilir.
Forumun təşkilatçıları qismində BMT-nin dəstəyi ilə ABŞ və Hollandiya çıxış edirlər. Konfransa Əfqanıstanın bərpasında iştirak edən ölkələrin xarici işlər nazirləri və beynəlxalq təşkilatlar dəvət alıb. Dəvət olunan ölkələr arasında Əfqanıstanla qonşu olan, NATO himayəsi altında Əfqanıstanda sabitliyi təmin edən, əməliyyatda iştirakçı olan və donor dövlətlər iştirak edirlər.Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq