...

Avstraliyada Qazaxıstanın Fəxri Konsulluğu açılacaq

Dünya xəbərləri Materials 2 Noyabr 2009 15:13 (UTC +04:00)
Bu gün Pertada (Avstraliya) Qazaxıstan Respublikasının səfiri Erlan Baudarbəy-Qojatayev Avstraliyada Qazaxıstanın Fəxri Konsulluğunun rəsmi açılışını edib, bu barədə Qazaxıstan Respublikası XİN-in mətbuat katibi İlyas Ömərov Trend News-a bildirib.
Avstraliyada Qazaxıstanın Fəxri Konsulluğu açılacaq

Qazaxıstan, Astana, 2 noyabr / Trend , müxbir K.Konırova/ Bu gün Pertada (Avstraliya) Qazaxıstan Respublikasının səfiri Erlan Baudarbəy-Qojatayev Avstraliyada Qazaxıstanın Fəxri Konsulluğunun rəsmi açılışını edib, bu barədə Qazaxıstan Respublikası XİN-in mətbuat katibi İlyas Ömərov Trend -a bildirib.

"Bu gün Perta şəhərində (Qərbi Avstraliya Ştatı) Qazaxıstan Respublikasının Fövqaladə və Səlahiyyətli səfiri Erlan Baudarbəy-Qojatayev Avstraliyada Qazaxıstanın Fəxri Konsulluğunu açıb", - İlyas Ömərov deyib.

Açılış mərasimində Qərbi Avstraliya Ştatının rəsmi şəxsləri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. "Hər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq vəzifəsinin yerinə yetirmək üçün "Central Asian Resources" şirkətinin icraçi direktoru və prezidenti Ceyson Stribinskis Fəxri Konsul təyin olunub", - mətbuat katibi deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində rəsmi şəxslər və işgüzar dairələrlə ölkənin investisiya mühitinin inkişafı və Avstraliya investisiyasının cəlb olunması sahəsində potensialın nümayış etdirilməsi məsələlərinə dair "dair dəyirmi" masa keçirilib. Qeyd edək ki, Qərbi Avstraliya Ştatı Avstraliya ştatlarının ən böyüyudür, yaşıl qitənin üçdə birini təşkil edir və bu da Qazaxıstanın ümumi sahəsinə bərabərdir. Həmin Ştatın iqtisadi fəaliyyətinin əsas istiqamətini dağ-mədən hasilatı və neft-qaz sənayesi və həmçinin aqrar struktur təşkil edr.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti