...

İran inkişaf etmiş pilotsuz təyyarələrin istehsalına başlayıb

Dünya xəbərləri Materials 8 Fevral 2010 12:21 (UTC +04:00)
İran bu gündən "Rəd" və "Nəzir" adlı inkişaf etmiş pilotsuz təyyarələrin istehsalına başlayıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İran inkişaf etmiş pilotsuz təyyarələrin istehsalına başlayıb

İran bu gündən "Rəd" və "Nəzir" adlı inkişaf etmiş pilotsuz təyyarələrin istehsalına başlayıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

İranın Müdafiə Naziri Əhməd Vəhidi bu iki növ təyyarənin istehsalına başlama mərasimində bildirib ki, hət iki pilotsuz təyyarə uzaq məsafədə və yüksək diqqətlə kəşfiyyat aparmağa, müdafiə və hücumlar təşkil etməyə qadirdir.

"Rəd" pilotsuz təyyarədə avtomatik idarə olunan və hücumlar üçün nəzərdə tutulan təyyarədir. Təyyarədə hədəfi dəqiq məhv etmə qabilyyəti mövcuddur",-Vəhidi deyib.

O əlavə edib ki, bu növ təyyarənin istehsalının başlanması ilə İran Silahlı Qüvvələrinin kəşfiyyat aparmaq, müdafiə və hücum gücü artacaq.

Bu gün həmçinin İran Hərbi Hava Qüvvələrinə İranda istehsal olunmuş "Fəcr 3" təyyarəsi təhvil verilib. Məlumatda bildirilir ki, "Fəcr 3" təyyarəsi 4 nəfərlik təyyarədir və JAR beynəlxalq standartlarına uyğun şəkildə İranda istehsal olunub. Bu təyyarənin sürəti saatda 320 kilometrdir.

Təyyarə təlim, sərhədlərə baxış, yüngül yüklərin daşınması, qonaqların gəzintisi, hava postu, havadan foto, film çəkmək və əyləncə məqsədli gəzintilər təşkil etmək üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti