...

Türkiyə və Ermənistan "sükut diplomatiyası"na əl atmağı qərara alıb – türkiyəli deputat

Dünya xəbərləri Materials 21 May 2010 13:39 (UTC +04:00)
Türkiyə və Ermənistan bir müddət sükutu qoruyub-saxlamağa, Yerevan və Ankara arasında münasibətlərin normallaşması üzrə danışıqlar masası üzərindəki məsələləri öyrənməyə qərar veriblər. Bu barədə TBMM-nin deputatı Suat Kınıklıoğlu Vaşinqtonda Yaxın Şərqin öyrənilməsi İnstitutunda çıxışı zamanı bəyan edib. Bu barədə "Zaman" qəzeti yazır.
Türkiyə və Ermənistan "sükut diplomatiyası"na əl atmağı qərara alıb – türkiyəli deputat

Türkiyə və Ermənistan bir müddət sükutu qoruyub-saxlamağa, Yerevan və Ankara arasında münasibətlərin normallaşması üzrə danışıqlar masası üzərindəki məsələləri öyrənməyə qərar veriblər. Bu barədə TBMM-nin deputatı Suat Kınıklıoğlu Vaşinqtonda Yaxın Şərqin öyrənilməsi İnstitutunda çıxışı zamanı bəyan edib. Bu barədə "Zaman" qəzeti yazır.

"Danışıqlar masası üzərinə yeni təklif qoyulub, lakin mən onun təfərrüatlarını açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu, kifayət qədər yaxşı təklifdir, ermənilər onun qəbul edilməsi məsələsini həll etməlidirlər ", - Türkiyə - ABŞ Hökumətlərarası Dostluq Qrupunun rəhbəri Kınıklıoğlu bildirib.

Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu 2010-cu il oktyabrın 10-da Sürixdə "Diplomatik münasibətlərin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişafı haqqında protokol"u imzalayıblar.

1993-cü ildə Türkiyə - Ermənistan arasında münasibətlərin pozulmasına və iki ölkə arasında sərhədin bağlanmasına səbəb Yerevanın "erməni soyqırımı"nın dünyada tanınmasına dair iddiaları və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı olub.

Türkiyəli deputat diqqəti ona yönəldib ki, Ermənistan Avropa Şurasının üzvü olan ölkənin - Azərbaycanın torpaqlarını işğal edib və bildirib ki, türk-erməni münasibətlərinin normallaşmasına mane olan başlıca problem Dağlıq Qarabağ məsələsinin həllində ikili standartlara əl atmaq olmaz.

"Aramızdakı (Türkiyə və Ermənistan) problemlərin kənar qüvvələr tərəfindən həll olunacağını gözləmək qeyri-real və faydasızdır", - Kınıkoğlu deyib.

Öz növbəsində, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Kınıkoğlunun bəyanatını təkzib edib və hansısa yeni sənəd barədə şayiələrin yalan olduğunu bildirib. Bu barədə "Armenia today" saytı yazır.

Xəbər lenti

Xəbər lenti