...

Gələn həftə İran Qərblə danışıqların aparılması üçün şərtləri elan edəcək – Prezident Əhmədinejad

Dünya xəbərləri Materials 24 İyun 2010 15:51 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, gələn həftə Tehran Qərb ölkələri ilə danışıqların aparılması ilə bağlı şərtlərini bəyan edəcək.
Gələn həftə İran Qərblə danışıqların aparılması üçün şərtləri elan edəcək – Prezident Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, gələn həftə Tehran Qərb ölkələri ilə danışıqların aparılması ilə bağlı şərtlərini bəyan edəcək. Məlumatı FARS informasiya agentliyi yayıb.

"Qərb ölkələri BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı yeni sanksiyalarla bağlı qətnaməni qəbul etməklə mövqelərini bildiriblər. İndi isə bizim növbəmiz gəlib çatıb", - Əhmədinejad qeyd edib.

Onun sözlərinə görə, qadağalar qəbul olunduqdan sonra Qərb ölkələri İranı dialoqa çağırıblar. Tehran bu danışıqlarla razıdır. Lakin danışıqlardan sonra Qərb etdiyi əməllərə görə peşmançılıq hissi keçirəcək.

2010-cu il iyunun 10-da BMT-nin Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsindən imtina etməməsi ilə bağlı ona qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul edib. Sənəd xaricdə yerləşən İrank banklarının nüvə və ya raket proqramı ilə bağlılığı barədə şübhə yarandığı zaman onlara qarşı sanksiyaların tətbiq edilməsini nəzədə tutur. Bundan başqa, qətnamə İran banklarının, o cümlədən Mərkəzi Bankın iştirakı ilə keçirilən tranzaksiyalara qarşı diqqətli olmağa çağırır və İranın maliyyə tranzaksiyalarının, o cümlədən sığorta sahəsindəki tranzaksiyalarının qarşısının alınması üçün ölkələrə çağırış edir.

Xəbər lenti

Xəbər lenti