...

İranlı hakerlər ABŞ, Fransa və Böyük Britaniyanın 1000-ə yaxın saytına hücum ediblər

Dünya xəbərləri Materials 30 Avqust 2010 13:29 (UTC +04:00)
İranlı hakerlər ABŞ, Fransa və Böyük Britaniyanın 1 000-ə yaxın hökumət saytına hücum ediblər. Hücum "ASHİYANE Grup" tərəfindən İranda terrorizmlə mübarizə günü münasibətilə həyata keçirilib. Bunu "ASHİYANE Grup"un rəhbəri Behruz Kəmaliyan deyib. FARS xəbər agentliyi məlumat verir.
İranlı hakerlər ABŞ, Fransa və Böyük Britaniyanın 1000-ə yaxın saytına hücum ediblər

İranlı hakerlər ABŞ, Fransa Böyük Britaniyanın 1 000-ə yaxın hökumət saytına hücum ediblər. Hücum "ASHİYANE Grup" tərəfindən İranda terrorizmlə mübarizə günü münasibətilə həyata keçirilib. Bunu "ASHİYANE Grup"un rəhbəri Behruz Kəmaliyan deyib. FARS xəbər agentliyi məlumat verir.

Kəmaliyan əlavə edib ki, 1981-ci il avqust 30-da İranın odövrkü Prezidenti və Baş naziri Məhəmmədəli Rəcayi Məhəmmədcavad Bahunərin terrorçu münafiqlər qruplaşması tərəfindən öldürülməsi günü ilə bağlı həmin terrorçu qruplaşmanın himayəçiləri olan ABŞ, Böyük Britaniya və Fransanın 1 000-ə yaxın hökumət saytına hücum olunub.

"Həmin saytların birinci səfihəsinə şəhid Rəcayi və şəhid Bahunərin şəkillərini və "ASHİYANE Grup"un  etirazını iki dildə - fars və ingilis dillərində yerləşdirmişik", - Kəmaliyan deyib.

Xəbər lenti

Xəbər lenti