...

NATO yaxın saatlarda Liviyada hərbi əməliyyatlara başlaya bilər

Dünya xəbərləri Materials 18 Mart 2011 12:21 (UTC +04:00)
NATO Liviya ərazisinə dəqiq aviazərbələr endirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü "RİA Novosti" agentliyinə təşkilatdakı diplomatik mənbə məlumat verib.
NATO yaxın saatlarda Liviyada hərbi əməliyyatlara başlaya bilər

Azərbaycan, Bakı, 18 mart /Trend/

NATO Liviya ərazisinə dəqiq aviazərbələr endirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü "RİA Novosti" agentliyinə təşkilatdakı diplomatik mənbə məlumat verib.

BMT Təhlükəsizlik Şurası müxalifətin tutduğu şəhərlərin bombalanmasının qarşısını almaq və yerli sakinləri həlak olmaqdan xilas etmək üçün Liviya üzərində uçuşsuz zonanın yaradılmasını və hərbi obyektlərə zərbələrin mümkünlüyünü nəzərdə tutan qətnamə qəbul edib. Rusiya belə tədbirin irimiqyaslı işğala yola açacağından ehtiyatlanaraq səsvermədə iştirak etməyib. TŞ-də təmsil olunan 15 ölkədən 10-nun "lehinə" səs verdiyi sənəd Liviya üzərində hava məkanının bağlanmasını nəzərdə tutur. Səsvermədə Hindistan, Çin, Almaniya və Braziliya da iştirak etməyib.

"NATO Şurasının səfirlər səviyyəsindəki bugünkü iclasında BMT TŞ-nin qərarı formal olaraq bəyəniləcək. Bu hal (BMT TŞ qətnaməsinin qəbulu) üzrə müvafiq hərbi planlaşdırma artıq aparılıb və mən əməliyyatların yaxın saatlarda başlayacağını gözləyirəm", - "RİA Novosti" agentliyini müsahibi bildirib.

Mənbənin sözlərinə görə, Liviyaya dəqiq aviazərbələrin ABŞ, Böyük Britaniya, Fransa və Kanadanın HHQ təyyarələri tərəfindən endiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti