Bu gün səhər İranın İlam şəhərinin mərkəzində İmam Əli meydanında səs bombası partladılıb. Bu barədə Trend İranın /econews.ir/ saytına istinadən məlumat verir.
Məlumata əsasən, partlayış nəticəsində ətraf evlərin və avtomobillərin şüşələri sınıb. Şahidlərin bildirdiyinə görə, bomba meydana ağ rəngli avtombildən atılıb. Hazırda polis hadisə yerində araşdırma aparır.
Hadisə nəticəsində ölən və yaralanların olmadığı bildirilir.
İlam şəhəri İraqla sərhəddə yerləşir.
İki gün bundan öncə İranın Kürdistan əyalətinin Sənəndəc şəhərinin Azadi meydanında iki səs bombası partladılmışdı.