...

Türkiyədə baş verən terror aktının qurbanlarının sayı 11-ə çatıb

Dünya xəbərləri Materials 17 Avqust 2011 18:35 (UTC +04:00)
Bu gün Türkiyənin Hakkari şəhərinin Çukurca dairəsində baş verən terror aktının qurbanlarının sayı 11-ə çatıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.
Türkiyədə baş verən terror aktının qurbanlarının sayı 11-ə çatıb

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Bu gün Türkiyənin Hakkari şəhərinin Çukurca dairəsində baş verən terror aktının qurbanlarının sayı 11-ə çatıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

Üç yaralı hərbiçinin həyatını xilas etmək mümkün olmayıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilmişdilər.

Bu gün Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazıb.

Partlayış nəticəsində aralarında tabor komandiri olmaqla, yeddi əsgər ölüb. Yaralıların sayı on bir nəfərə çatıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Hadisə yerində istintaq işləri aparılır.

İlkin ehtimallara görə, terror aktını Kürd Fəhlə Partiyasının (PKK) üzvləri təşkil ediblər. Partlayış baş verdikdən sonra maşındakı hərbçilərə atəş açılıb.

Sonra səhər terror aktı baş verən yerdə mina partlayıb. Orada hadisənin təfərrüatları araşdırılırmış. Bir hərbi qulluqçu həlak olub, digəri ağır yaralanıb. Yaralanan əsgər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Baş verən hadisənin təfərrüatları dəqiqləşdirirlir.

Türkiyə prezidenti Abdullah Gül terror aktı ilə bağlı bəyanatla çıxış edib və ölkə hakimiyyətinin terrorizmlə mübarizə əməliyyatlarına başlamaq üçün Ramazan ayının başa çatmasını gözləməyəcəyini qeyd edib.

Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da terrorçuların ünvanına ciddi tənqidlə çıxış edərək bildirib ki, Türkiyə hakimiyyəti bu hadisələrdən sonra daha qətiyyətli tədbirlər görəcək.

"Terrorçular törətdikləri bütün cinayətlərininin əvəzini ödəyəcəklər", - Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti