...

Gürcüstanın qərbində daşqın gözlənilməsi ilə əlaqədar tam hazırlıq elan edilib

Dünya xəbərləri Materials 12 Aprel 2012 13:42 (UTC +04:00)
Gürcüstanın regionlarında daşqın gözlənilməsi ilə əlaqədar fövqəladə halllar üzrə xidmət idarələri tam hazırlığa gətirilib.
Gürcüstanın qərbində daşqın gözlənilməsi ilə əlaqədar tam hazırlıq elan edilib

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın regionlarında daşqın gözlənilməsi ilə əlaqədar fövqəladə halllar üzrə xidmət idarələri tam hazırlığa gətirilib.

Təbiətin Mühafizəsi Nazirliyindən cümə axşamı Trend-ə bildiriblər ki, bu xidmət idarələri daşqınlar zamanı istənilən köməyi göstərməyə hazırdır və bütün zəruri avadanlıq və texnika ilə təchiz edilib.

Sinoptiklərin proqnozlarına əsasən, aprelin 12-dən Qərbi Gürcüstanın üç regionunda daşqın gözlənilir. Quriya, Acariya və İmeretidə leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi kritik həddə çatıb, bu gün isə yağışlar daha intensiv olacaq.

Aprelin 13-də Gürcüstanın bütün ərazisində güclü yağışlar gözlənilir.

Hidrometereoloqlar bəyan edirlər ki, Gürcüstan dağlarında qarın tez əriməsi qəflətən 15-20 dərəcə istiliyin müşahidə edilməsi səbəbindən baş verib, yağıntılar isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Xəbər lenti

Xəbər lenti