...

Gürcüstanın azərbaycanlılar məskunlaşan regionunda xalq müdafiəçisi ofisi açılır

Dünya xəbərləri Materials 27 Aprel 2012 10:26 (UTC +04:00)
Gürcüstanın azərbaycanlılar məskunlaşan Kvemo Kartli regionunun (Gürcüstanın şərqi) Marneuli şəhərində Gürcüstanın Xalq Müdafiəçisinin regional ofisi açılır.
Gürcüstanın azərbaycanlılar məskunlaşan regionunda xalq müdafiəçisi ofisi açılır

Gürcüstan, Tbilisi, 27 aprel / Trend,müxbir N.Kirsxaliya/

Gürcüstanın azərbaycanlılar məskunlaşan Kvemo Kartli regionunun (Gürcüstanın şərqi) Marneuli şəhərində Gürcüstanın Xalq Müdafiəçisinin regional ofisi açılır.

Ombudsman Aparatından verilən məlumata görə, ofis Aİ-nin yardımı ilə təmir və zəruri avadanlıqlarla təchiz olunub.

Ofisin təqdimatı isə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə keçiriləcək. Orada Kvemo Kartli hakimiyyətinin, QHT, Aİ, BMTİP və KİV nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti