...

Saxlanmış tələbələr Bostonda terror aktı haqqında iş üzrə dəlilləri məhv etməyə çalışdıqlarını etiraf ediblər

Dünya xəbərləri Materials 2 May 2013 02:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Bostonda beynəlxalq marafon vaxtı terror aktı haqqında iş üzrə ABŞ-da saxlanmış üç tələbə dəlilləri məhv etməyə çalışdıqlarını etiraf ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

FTB-nın məlumatına görə, saxlanılanlar - Qazaxıstan vətəndaşları Azamat Tajayakov və Dias Kadırbaev, həmçinin ABŞ vətəndaşı Robel Fillipos yoldaşları olan, terror aktının keçirilməsində şübhəlı bilinən Cohar Tsarnayevin otağında dəlilləri məhv etməyə çalışıblar.

"Üç nəfərin hamısı etiraf ediblər ki, 2013-cü il aprelin 18-də axşam Tsarnayevin otağından çantanı çıxarıblar. Həmçinin Tajayakov və Kadırbayev onu da etiraf ediblər ki, Coharın marafon vaxtı partlayışları törədən şəxslərdən biri olması barədə xəbəri eşidərək onlar çantanı məhv etmək niyyətində olublar", - sənəddə deyilir.

ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri zibilliyinə atılmış dəlilləri sonra tapıblar.

Gözlənildiyinə görə, Boston məhkəməsində saxlananlara rəsmi ittiham çərşənbə günü irəli sürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti