Azərbaycan, Bakı, 22 may /Trend /
Bostonda marafon zamanı partlayışlar haqqında iş üzrə dinləmələr iyulun 2-nə keçirilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Terror aktının təşkilində ittiham edilən Coxar Tsarnayevin ittiham və müdafiə tərəflərinin nümayəndələriı işin çətinliyinə görə, mayın 30-na təyin edilmiş birinci məhkəmə dinləmələrinin başqa vaxta keçirilməsi barədə birgə ərizə veriblər.
Prokurorluq nümayəndəsinin sözlərinə görə, dinləmələr "iyulun 2-nə kimi təxirə salınıb".
Əvvəllər bildirildiyi kimi, Tsarnayevin təqsiri təsdiq olunduğu təqdirdə o, ömürlük həbs və ya ölüm cəzasına məhkum oluna bilər.