Azərbaycan, Bakı, 15 iyun /Trend/
Səkkizlik qrupunda sədrlik edən Böyük Britaniyanın baş naziri Devid Kemeron cümə günü ABŞ prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliyanın baş naziri Enriko Letta ilə gecə yarısı birgə video konfrans keçirib. Bu barədəTrend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
"Suriyada yaranmış vəziyyət və bu ölkədə münaqişənin dayandırılması üçün "səkkizlik" üzv ölkələrinin birgə fəaliyyətinin zəruriliyi müzakirə edilib".
Londonda hesab edirlər ki, Suriyadakı vəziyyət bazar ertəsi Şimali İrlandiyada açılacak səkkizlik qrupunun sammit gündəliyinin əsas məsələlərindən biri olacaq.